Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən idarə edilməsinin cəriməsi nə qədərdir?

Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən idarə edilməsinin cəriməsi nə qədərdir?

Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

 

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

152.1.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə

qırx manat

-

152.2.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə

yüz manat

-

152.3

Bu Məcəllənin 152.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə

iki yüz manat

-

152.4. Bu Məcəllənin 152.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər