Vergilər Nazirliyi ramazan ayında verilən hədiyyələrin vergi öhdəliyinə aydınlıq gətirdi
Vergilər Nazirliyinin rəsmi Facebook səhifəsində ramazan ayinda verilən hədiyyələrin vergi öhdəlikləri ilə bağlı acıqlama yayılıb. Acıqlama belədir: "Uşaq paltarları, uşaq oyuncaqları və ya uşaq qidalarının satışı ilə məşğul olan qurumların nəzərinə! Müqəddəs Ramazan ayında uşaq evlərinə ruzinizdən hədiyyə vermək istəyirsinizsə, bu halı rəsmiləşdirmək üçün ciddi hesabat blankı kimi istifadə olunan qaimə-faktura yazılmalıdır. Sənəddə malların hədiyyə kimi verilməsi mütləq əks olunmalıdır, malların verilməsi akt formasında rəsmiləşdirilməlidir. Əgər siz ƏDV ödəyicisinizsə, onda sizin verdiyiniz uşaq mallarının məbləğinə ƏDV hesablanmalıdır.
Sadələşdirilmiş vergi ödəyicisisinizsə bu zaman vergitutma obyekti yaranmır. Çünki burada satışdan və ya satışdankənar hər hansı gəlir formalaşmır. Ona görə də vergi hesablanmamalıdır. Niyyətiniz varsa uğurlar!"
0 Komment
Şərh yazın