Yeni xarici pasportun özəllikləri nələr olacaq?
Azərbaycan vətəndaşlarının xarici pasportları yeni pasportlarla əvəzlənəcək. Bu pasportlar səhifələrinin daha çox olması ilə yanaşı, pasportlarda qeyd olunacaq informasiyaların çoxluğu və elektronluğu ilə seçiləcək.
ANS PRESS Daxili İşlər Nazirliyinin Sənədlərin qəbulu şöbəsinin rəisi Nərgiz Məhərrəmovaya istinadla xəbər verir ki, yeni pasport biometrik olacaq.
Vətəndaşın elektron imzası və barmaq izləri də çipdə öz əksini tapacaq.
Nərgiz Məhərrəmova deyir ki, bir yaşınadək uşaqlara bir illik, 1-3 yaşlı uşaqlar üçün 3 illik,
3-18 yaşlı uşaqlar üçün 5 illik, 18 yaşından yuxarı isə 10 illik pasport verilicək.
Pasportları İsveçrə şirkəti hazırlayacaq. Pasportların dövlət rüsumları isə hələ ki, dəyişməyib.
Dövlət rüsumu 30 günə 40, 5 günə isə 120 manatdır.
Köhnə pasportu olanlar onu etibarlılıq müddəti bitəndən sonra dəyişəcəklər. Dəyişikliklər 2013-cü il iyunun 1-dən qüvvəyə minir.
0 Komment
Şərh yazın