Nazirlər Kabineti ƏDV-dən azad olunan məhsulların sayını artırdı

Nazirlər Kabineti ƏDV-dən azad olunan məhsulların sayını artırdı

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sement zavodlarının tikintisi zamanı zavod ərazisinə gətirilən mallar əlavə dəyər vergisindən azad olunub.
Belə qərar İqtisadi İnkişaf, Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Dövlət Gömrük Komitəsinin təklifləri nəzərə alınaraq qəbul edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi NK-nın rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Qərara əsasən, istehsal gücü gündə beş min ton klinker və ya ildə iki milyon ton sement təşkil edən və APİ (American Petroleum İnstitute) standartlarına cavab verən quyu-tamponaj sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar, materiallar və avadanlıqların ƏDV-dən və gömrük rüsumlarından azad edilməsi nəzərdə tutulur.
Qərar dərc edildiyi gündən otuz gün sonra qüvvəyə minir və 2014-cü il yanvarın 1-dək qüvvədədir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər