“Royal Bank” da olan əmanətlərin 3 bankla ödəniləcəyi bilindi

“Royal Bank” da olan əmanətlərin 3 bankla ödəniləcəyi bilindi

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən sığorta hadisəsi baş vermiş “Royal Bank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank”, “Bank Respublika” və “AGBank” seçilib.
Gün.Az-a bu barədə fonddan məlumat verilib.
Əmanətlərin Sığortalanması Fondu seçilmiş agent bankalar vasitəsilə sığorta hadisəsi baş vermiş “Royal Bank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənişinə 1 avqust 2012-ci il tarixindən etibarən başlayacaq.

Qeyd edək ki, 7 avqust 2007-ci ildən Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Royal Bank”da 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş verib.

Seçilmiş agent bankların kompensasiyaların ödənilməsində iştirak edəcək filialları, onların dəqiq ünvanları və əlaqə telefonları barədə əlavə məlumat veriləcək.

Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər