Mühasiblərin diqqətinə! Vergilər Nazirliyinin yeni təsdiq etdiyi muzdlu bəyanamənin 3 saylı əlavəsi haqqında məlumat

Mühasiblərin diqqətinə! Vergilər Nazirliyinin yeni təsdiq etdiyi muzdlu bəyanamənin 3 saylı əlavəsi haqqında məlumat

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə illik yeni Əlavə N-3 və onun tərtib edilməsi Qaydası təsdiq edilmişdir.  Həmin qaydaya əsasən, bundan sonra “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 3 saylı əlavəsində ştat sayı üzrə əmək haqqı fondu üzrə məlumat veriləcək.
Əlavənin doldurulması qaydasında qeyd edilib ki, «Ştat sayı üzrə əmək haqqı fondu barədə məlumat» adlanan 2№-li Bölməsində ödəyicinin il ərzində hər bir vəzifə üzrə işçilərinin sayı, onlara hesablanmış əmək-haqqı fondu, orta aylıq əmək-haqqı fondu və bir işçinin orta aylıq əmək-haqqı barədə məlumatlar qeyd olunur.  Sıra ilə hər bir vəzifə üzrə “Vəzifənin adı” sütununa uyğun xanada vəzifənin adı, “İşçilərin orta aylıq sayı, nəfərlə” sütununa uyğun xanalarda həmin vəzifə üzrə vergi ödəyicisinin işçilərinin orta aylıq sayı, onlara hesablanmış illik əmək-haqqı fondu, orta aylıq əmək-haqqı fondu və həmin vəzifədə çalışan hər bir işçiyə düşən orta aylıq əmək-haqqı məbləğləri qeyd edilir. 
Doldurulma qaydasında misal da verilib:
Misal: «Ağaxan» MMC-nin 2011-ci il ərzində 3 marketoloqa hesablanmış illik əmək haqqı fondunun məbləği 15 120,0 manat təşkil etmişdir. Həmin əmək haqqı fondunun məbləği 12-yə bölünməklə orta aylıq əmək-haqqı fondu, orta aylıq əmək haqqı fondunun məbləği isə 3-ə böünməklə bir işçiyə düşən orta aylıq əmək haqqı məbləği müəyyənləşdirilərək alınan göstəricilər müvafiq sütunlar üzrə yazılır.
 
Qeyd edək ki, Vergi Məcəlləsinin 98-ci və 150-ci maddələrinə əsasən  Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən tərtib edilir və  3 saylı əlavəni ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən illik bəyannamə ilə birlikdə, digər vergi ödəyiciləri tərəfindən isə 4-cü rübün bəyannaməsi ilə birlikdə təqdim ediləcəklər. Eyni zamanda da ləğv olunma və ya bu tədiyyə üzrə fəaliyyətini dayandırdığı tarixə (yekun) bəyannamə ilə birlikdə təqdim ediləcək.
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər