Azərbaycan prezidenti ölkədə ünvan reyestrinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti ölkədə ünvan reyestrinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanda ünvan reyestrinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycanda ünvan reyestri sisteminin yaradılması çərçivəsində mövcud olan və yeni salınan küçə, prospekt, meydan və digər nəqliyyat infrastrukturu obyektlərində yerləşdirilmək üçün ünvan adlarını və nömrələrini əks etdirən müasir dizaynlı lövhələrin hazırlanması və quraşdırılması ilə əlaqədar işlərin cari ildə başlanmasını təmin etmək üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 4 milyon manat ayrılıb.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər