İlk yarım ildə vergi ödəyicisinin borcu necə ləğv edilib?

İlk yarım ildə vergi ödəyicisinin borcu necə ləğv edilib?

Cari ilin birinci yarısının yekunlarına əsasən, Azərbaycanda vergi borclarının həcmi ötən ilin eyni dövrünə nisbətən 17,8% azalıb.
«APA-ECONOMICS»in Vergilər Nazirliyinin rəsmi orqanı «Vergilər» qəzetinə istinadən məlumatına görə, ilin əvvəlindən indiyədək vergi borclarının həcmi 8,3% aşağı düşüb.
İlk yarımildə ölkədə 77 880 vergi ödəyicisinin borcu ləğv edilib ki, bu da ümumi sayı 86 478 olan borclu vergi ödəyicilərinin 90,1%-i deməkdir. 2012-ci ilin əvvəlində borclu olan 7 042 vergi ödəyicisini də nəzərə alanda, borcları ləğv edilən vergi ödəyicilərinin sayı 84 922 olub.

Ümumilikdə ilk 6 ayda büdcə ödəmələrinin 27,8%-i borclu vergi ödəyicilərindən yığılan borcların hesabına formalaşıb. Nəticədə vergilərin könüllü ödənməsi səviyyəsi bir il əvvəlki 68,8%-dən 72,2%-ə qalxıb.
Nazirliyin məlumatına görə, ilk yarımildə vergi orqanları vergi borclarının ödənməsi məqsədilə borclu vergi ödəyicilərinin əmlakının siyahıya alınması ilə bağlı 22 816 qərar çıxarıblar. Borcların ləğvi ilə əlaqədar olaraq bu qərarlardan ümumi məbləği 82 mln. manata çatan 21 481-i (94,1%) ləğv edilib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər