Amerikada magistr dərəcəsi vasitəsilə təhsillərini davam etdirmək istəyənlər üçün ŞANS
Azərbaycan Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyi 2013-cü il “Fulbright” Tələbə Proqramını elan edib. Bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi verib.
“Fulbright” Tələbə Proqramı Azərbaycan gənclərini ABŞ universitetlərində magistr dərəcəsi vasitəsilə təhsillərini davam etdirmək imkanı vermək üçün nəzərdə tutulub.
Bu təqaüd proqramına namizədlər müsabiqə əsasında seçilir. Proqramda iştirak üçün əsas tələblər Azərbaycan vətəndaşlığı, universitet dərəcəsi, ingilis dilindən yetərlilik sertifikatına malik olmaqdır. Yaş məhdudiyyəti isı 35-dir.
Fulbright programı bütün ixtisaslar üzrə ərizə qəbuluna açıqdır.
Tələb olunan sənədlər və iştirak ərizəsi aşağıda qeyd edilən sayt üzrə avqustun 23-dək online təqdim edilməlidir.
https://apply.embark.com/student/fulbright/international
0 Komment
Şərh yazın