Ali məktəblərə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayanın şagirdin hansı məktəbi təmsil etməsi məlum oldu

Ali məktəblərə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayanın şagirdin hansı məktəbi təmsil etməsi məlum oldu

Ali məktəblərə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında bir abituriyent 700 bal toplayıb.  Bu barədə Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. E.Nağızadənin sözlərinə görə, həmin abituriyent test kitabçasında olan bütün 125 suala düzgün cavab verərək, maksimal göstərici əldə edib.

TQDK rəsmisinin sözlərinə görə, 700 bal toplayan abituriyent Bakı şəhəri Sabunçu rayonunda yerləşən 74 saylı orta məktəbin məzunudur. E.Nağızadə qeyd edib ki, bununla bağlı ətraflı məlumat veriləcək.

TQDK rəsmisi bildirib ki, ümumilkdə III ixtisas qrupu üzrə 337 nəfər 600-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri dünən açıqlanıb. Imtahanlarda iştirak etmək üçün sənəd vermiş 30831 abituriyentdən  938 nəfəri imtahanda iştirak etməyib. Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, ötən il bütün qruplar üzrə cəmi 4 abituriyent 700 bal toplaya bilmişdi ki, onlar arasında da III qrupdan olan yox idi.
 

0 Komment

    Şərh yazın