Azərbaycan prezidenti ölkə aeroportlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı sərəncam imzalayıb

Azərbaycan prezidenti ölkə aeroportlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı sərəncam imzalayıb

APA-nın verdiyi xəbərə görə, sərəncamda deyilir: ““Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Heydər Əliyev” Beynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 612, 2007, № 9, maddə 867, № 10, maddə 996; 2008, № 8, maddə 717, № 9, maddə 797; 2009, № 2, maddə 78, № 7, maddə 580, № 12, maddə 1043, 2010, № 5, maddə 443) 2012-ci il sentyabrın 1-dən ləğv edilsin”.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycanın vəzifəli şəxslərinin siyahısını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin.
Azərbaycan hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısını Azərbaycan Xarici İşlər Nazirliyinin təklifləri əsasında iki ay müddətində təsdiq etməli və bu barədə dövlət başçısına məlumat verməlidir. Ölkə hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydalarını iki ay müddətində təsdiq etsin və bu barədə prezidentə məlumat verməlidir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər