Prezident TQDK-ya yeni səlahiyyətlər verdi
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Trend-in məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planının elan edilməsi və onun əsasında sənəd qəbulunu təşkil edilməsi TQDK-ya həvalə olunub.
Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
0 Komment
Şərh yazın