“Elm haqqında” qanun layihəsi bu ilin sonuna kimi parlamentin müzakirəsinə çıxarılacaq
Azərbaycanda “Elm haqqında” qanun layihəsi oktyabrda Milli Məclisin elm və təhsil komitəsinin müzakirəsinə çıxarılacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə parlamentin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacyev bildirib.
Onun sözlərinə görə, artıq qanun layihəsi hazırdır. Qanun layihəsi bu ilin sonunadək parlamentdə müzakirələrə təqdim olunacaq.
0 Komment
Şərh yazın