Azərbaycanda ali məktəblərin magistraturalarına daxil olan şəxslərdən 601 nəfər qəbul olanlar siyahısından xaric edilib
Azərbaycanda ali məktəblərin magistraturalarına daxil olan şəxslərin 11 faizi qəbul olanlar siyahısından xaric edilib. Bu barədə APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, magistraturaya qəbul olan 5018 şəxsdən yalnız 4417 nəfəri qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçiblər.
Magistrlərin daxil olduqları ali məktəblərdə qeydiyyatı iyulun 3-də başlayıb və iyulun 13-ü saat 17.00-da başa çatıb. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilib və qeydiyyatdan keçməyənlər magistraturaya qəbul olanlar siyahısından xaric ediliblər.
E. Nağızadə deyib ki, qeydiyyatdan keçməyən abituriyentlərin yerlərinə avqustun əvvəllərində magistraturaya boş qalan plan yerləri ilə birgə əlavə yerləşdirmə aparılacaq.
0 Komment
Şərh yazın