İran mənşəli ABŞ vətəndaşı Əli Cam əsas səhmdarı olduğu "Royalbank"ın ləğvinin səbəblərini açıqladı
Mərkəzi Bankdan verilən məlumata görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə verilib.
Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə “Royalbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilib. O, bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir. 1993-cü ildən fəaliyyət göstərən Royal Bank-ın əsas səhmdarı (44,5%) İran mənşəli ABŞ vətəndaşı Əli Camdır.
0 Komment
Şərh yazın