QMİ oruculuğun başlanma gününü açıqladı

QMİ oruculuğun başlanma gününü açıqladı

Qafqaz Müsəlmanları İdarəsi iyulun 17-də Ramazan ayı ilə bağlı fitva verəcək. Bununla bağlı sabah saat 11-də Qazilər Şurası toplanacaq.  Məlumatı Azadlıq Radiosuna Qafqaz Müsəlmanları İdarəsindən veriblər.
 
Astrofiziklər isə artıq bildirirlər ki, Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyulun 19-da Bakı vaxtı ilə saat 09.25 dəqiqədə görünəcək. Bu haqda Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev APA-ya deyib.
«Bəzən belə deyirlər ki, guya ay mütləq gözlə görünməlidir. Amma ola bilər ki, hava buludlu olsun və Ay Günəşə çox yaxın olduğundan görünməsin. Biz astronomik dəqiqliklə yeni ayın təzələnmə vaxtını göstəririk».
Ə. Quliyev bildirib ki, Ramazan bayramı ilə bağlı Nazirlər Kabinetinin 7 dekabr 2011-ci il tarixli 198 saylı sərəncamı var: «Bu sərəncama əsasən, 19-20 avqust tarixləri bayram günləri hesab edilir. Növbəti ay avqustun 17-də saat 20.55 dəqiqədə təzələnəcək».
QMİ-dən isə dedilər ki, onlar hesablamaları Şamaxı Rəsədxanasının məlumatları əsasında aparıblar. Və bu hesablamalara görə, orucluq iyulun 21-də başlamalıdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər