3270 vakant müəllim yeri üzrə 16 195 ərizə verilib

3270 vakant müəllim yeri üzrə 16 195 ərizə verilib

Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən APA-ya verilən məlumata görə, bu il müsabiqədə iştirak etmək istəyənlər tərəfindən 16 195 ərizə daxil olub. Hazırda ərizələr araşdırılır.

Bu il ümumilikdə 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə digər rayon və şəhərlər üzrədir. Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Bakı məktəblərindəki vakant yerlərin 237-si Azərbaycan, 56-sı rus bölməsi üzrədir. Bölgələrdəki vakant yerlərin isə 2886-sı Azərbaycan, 91-i rus bölməsinin payına düşür.

Bakı şəhəri üzrə daha çox fiziki tərbiyə müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 45-dir. Sonrakı yerlər ibtidai sinif müəllimliyi (39), ingilis dili (37), informatika (25), riyaziyyat (23), coğrafiya (21), gənclərin çağırışaqədərki hazırlığı (20) və digər fənlər üzrədir. Azərbaycanın bölgələrində isə daha çox coğrafiya müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 407-dir. Sonrakı yerləri kimya (373), biologiya (341), Azərbaycan dili və ədəbiyyat (326), fizika (281), riyaziyyat (248), tarix (243), ingilis dili (210), informatika (156), ibtidai sinif müəllimliyi (104) və digər fənlər tutur.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər