Royal Bank» lizensiya geri alınması ilə bağlı münasibət bildirdi
Bankın İdarə Heyətinin sədri Azər Şahmərdanov «APA-ECONOMICS»ə bildirib ki, lisenziyanın dayandırılması müvəqqəti xarakter daşıyır: «Yəqin ki, yaxın vaxtlarda lisenziya bərpa oluna bilər. Bu istiqamətdə Mərkəzi Bankla danışıqlar aparılır».
Qeyd edək ki, AMB-dən bankın lisenziyasının dayandırılması faktını təsdiq ediblər.
Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı var.
Cari ilin aprelin 1-nə bankın aktivləri 180,481 mln. manat, kredit portfeli 123,263 mln. manat, depozit portfeli 80,113 mln. manat, məcmu kapitalı 16,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,139 mln. manat təşkil edib.
0 Komment
Şərh yazın