Maliyyə Naziri əmanətlərlə bağlı son vəziyyətdən danışıb

Maliyyə Naziri əmanətlərlə bağlı son vəziyyətdən danışıb

10 iyul tarixə keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilib, onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilib.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.

"Hesabat dövründə banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilib, onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilib", - Şərifov bildirib.
Onun sözlərinə görə, Prezidentinin imzaladığı tarixi fərmanın icrası olaraq birinci yarım ildə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər