Obamanın sayəsində ABŞ-da orta vergi dərəcəsi ən aşağı səviyyəyə düşüb
ABŞ-da orta vergi dərəcəsi vətəndaşların böyük əksəriyyəti üçün 2009-cu ildə 17,4%-ə düşüb ki, bu da göstəricinin hesablandığı 1979-cu ildən bəri ən aşağı səviyyə sayılır.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ABŞ Konqresinin büdcə idarəsinin araşdırmasında bildirilir.
Bununla belə, bəzi amerikalılar üçün vergilər artıb. İllik gəliri 1,2 mln. dollardan çox olan varlı amerikalılar üçün 2008-ci ildə gəlirin 28,1%-ni təşkil edən orta vergi dərəcəsi bir il sonra 28,8%-ə yüksəlib. İllik gəliri 64,3 min dollar olan orta ev təsərrüfatları üçün vergi yığımları 11,6%-dən 11,1%-ə qədər azalıb.
Azalmaların çox hissəsi prezident Barak Obama tərəfindən tətbiq olunan vergi güzəştləri sayəsində mümkün olub. Konqresin büdcə idarəsi 2010-2011-ci illərdə bu göstəricinin tarixi minimum səviyyəsində qaldığını ehtimal edir.
0 Komment
Şərh yazın