İyul 14-dən hansi prospekt təmirə dayanacaq? Yenilik! DYP artıq müraciətində alternativ yolların siyahısını açıqlayır

İyul 14-dən hansi prospekt təmirə dayanacaq? Yenilik! DYP artıq müraciətində alternativ yolların siyahısını açıqlayır

Bakının mərkəzi prospektlərindən biri təmirə bağlanır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, iyulun 14-dən etibarən "Dalğa Plaza"nın qarşısından Azadlıq meydanınadək Neftçilər prospekti boyu təmir-tikinti işlərinin aparılması, yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar prospektdə yol qeyri-müəyyən müddətə bağlanacaq.
Əsədov bildirib ki, prospektlə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

İdarə avtomobil sahibləri və sürücülərdən xahiş edir ki, Neftçilər prospekti istiqamətində hərəkətin mümkünsüzlüyünü nəzərə alaraq alternativ yollardan istifadə etsinlər.
Alternativ yollar aşağıdakılardır:
1. Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü park, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi;
2. Üzeyir Hacıbəyov küçəsindən keçməklə Azadlıq prospekti və Zərifə Əliyeva küçəsindən Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçəsi və digər kəsişən yollar;
3. Rəsul Rza küçəsi ilə Xaqani və digər küçələr istiqamətinə;
4. Bülbül prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər