Dövlət imtahanı üçün .... 150 manat rüşvət alan müəllimə həbs olundu
Lənkəran Dövlət Humanitar Kollecinin müəllimləri tələbələrdən rüşvət tələb etməkdə təqsirləndirilir.
Baş Prokurorluq bildirir ki, kollecin «İbtidai təhsil» fakültəsinin müəllimi Mailə Əliyeva kollecin digər vəzifəli şəxsləri ilə əlbir olaraq 4b qrupunun tələbələrindən dövlət imtahanı üçün 150 manat alıb:
«M.Əliyeva tələbələrdən ümumilikdə 3530 manat pul alıb».
Fakt üzrə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə iş başlanıb.
İttiham sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri əmlakları müsadirə olunmaqla 4 ildən 8 ilədək həbs gözləyir.
Hələlik rüşvətdə ittiham olunan müəllimlərin mövqeyi ictimaiyyətə bəlli deyil.
0 Komment
Şərh yazın