Mərkəzi Bank əmanətçilərin yerli yoxsa xarici valyutaya üstünlük verməsi haqqında məlumat açıqladı
2012-ci il iyunun birinə əhalinin banklardakı əmanətlərinin məbləği 4,341 mlrd. manata çatıb.
Gün.Az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, əmanətlərin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 30,7 % artıb.
Bu müddətdə qoyulan əmanətlərin 2,450 mlrd. manatı milli, 1,891 mlrd. manatı isə xarici valyutadadır.
Həmçinin məlumata əsasən əmanətlərin milli valyuta ilə qoyuluşu artsa da xarici valyuta ilə olan əmanətlərdə azalma müşahidə olunub. Belə ki, mayın birinə olan statistikaya əsasən əmanətlərin məbləği 1,938 mlrd. manatı xarici olmaqla 4,338 mlrd. manat təşkil edib.
0 Komment
Şərh yazın