"Euromoney” Azərbaycanın ən yaxşı bankının adının açıqladı

"Euromoney” Azərbaycanın ən yaxşı bankının adının açıqladı

“AccessBank” Londonda keçirilən “Euromoney” Nəşriyyat Qrupunun ənənəvi “Ən yaxşı nəticələr” mükafatlandırma mərasimində, Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb.
Gün.Az-ın banka istinadən verdiyi xəbərə görə, bu nominasiyada bank artıq üçüncü ildir ki, adıçəkilən mükafatı qazanır.

Maliyyə dünyasında ən nüfuzlu sayılan “Euromoney” mükafatı, dünyanın 100-dən artıq ölkəsinin bank və maliyyə institutuna təqdim olunur. Mükafat, qrupun maliyyə analitikləri tərəfindən, namizəd-bankların fəaliyyətinin incələnməsi və xarici müxbir-bankların, eləcə də görkəmli maliyyəçi və bankçıların sorğulanması nəticəsində verilir. Təhlil zamanı həmçinin, bankın bazardakı yeri və payı, məhsul və xidmətlərin səviyyəsi, idarəetmə sistemi, əməkdaşlarının peşəkarlığı, bankın innovasiya xarakteri və kapitalı nəzərə alınır.

“AccessBank”ı mükafatlandırmasında “Euromoney” nəşrinin təmsilçisi kiçik və orta biznes kreditləri və mikromaliyyə sahəsində ixtisaslaşan “AccessBank”ın  məcmu aktivlərə görə Azərbaycanda 8-ci yeri tutduğunu bildirib.

“Ötən il isə bank mənfəətlilik göstəricilərinə görə öz əsas rəqiblərini geridə qoyaraq şəxsi kapitalın gəlirlilik səviyyəsini 20,2%-ə çatdırıb, bu isə həmin sektordakı orta göstəricidən 4 dəfə artıqdır. Aktivlərin keyfiyyəti də “AccessBank”ın əsas üstünlüyüdür”.

Onun sözlərinə görə, 2011-ci ilin sonunda gecikdirilmiş kreditlərin səviyyəsi 1%-dən aşağı olub, kredit və depozitlərin bazar payında əsas gəlirləri isə illik hesablama ilə, müvafiq olaraq, 3,2% və 1,7% təşkil edib.

Qeyd edək ki, “Euromoney” qrupuna, maliyyə və bank sahəsində ixtisaslaşmış 100-ə yaxın müxtəlif şirkət daxildir. 1969-cu ildə şirkətin yaranmasına aylıq “Euromoney” jurnalı təməl qoyub.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər