“Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nın yekun variantı Nazirlər Kabinetinə təqdim edilib
Təhsil Nazirliyi “Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nın yekun variantını Nazirlər Kabinetinə təqdim edib.
Bu barədə APA-ya Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova bildirib.
Onun sözlərinə görə, 10 səhifəlik sənəd Azərbaycanda doktorantura təhsilini tənzimləyən əsas sənəd olacaq: “Sənəddə həm fəlsəfə doktoru, həm də elmlər doktoru proqramları üzrə kredit sisteminin tətbiqi nəzərdə tutulur. Sənədin son variantı Azərbaycan Milli Elmlər Akademiyası ilə də razılaşdırılıb. İstəyirik ki, 2012-2013-cü tədris ili üçün doktoranturaya sənəd qəbulu başlayana qədər bu sənəd təsdiq edilsin, doktoranturaya qəbul yeni standartlar əsasında keçirilsin”.
G. Hüseynova deyib ki, doktoranturada kredit sisteminin tətbiqi ilə bağlı ayrıca Əsasnamə hazırlanacaq. Hazırda nazirliyin işçi qrupu bu sənəd üzərində işə başlayıb.
0 Komment
Şərh yazın