TQDK-dən ali məktəblərə qəbul imtahanları fənlərinin sayı ilə bağlı mükəmməl addım

TQDK-dən ali məktəblərə qəbul imtahanları fənlərinin sayı ilə bağlı mükəmməl addım

Yaxın illərdə Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərinin sayı azalacaq.

Bu açıqlamanı APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda mərkəzləşdirilmiş buraxılış və qəbul imtahanlarının birləşdiriləcəyi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu məsələ elmi məsələdir: “Bu imtahanların iki müxtəlif məqsədi var. Bizim məqsədimiz ondan ibarətdir ki, orta məktəbin səviyyəsi elə yüksəlsin ki, doğrudan da attestasiya imtahanı əsasında uşaqları ali məktəbə qəbul edə bilək. Hələlik “3” alan uşaqlar ali məktəbdə oxumağa qadir deyillər. Biz əvvəlcə bu imtahanların məzmununu və çətinlik dərəcəsini yavaş-yavaş yaxınlaşdıra bilərik. İlk addım o ola bilər ki, qəbul imtahanlarının fənlərində azalma olsun. Ola bilsin ki, yaxın illərdə bir fənn azalsın. Ana dili və Riyaziyyat fənlərindən biri azala bilər. Ancaq buna vaxt lazımdır”.

TQDK sədri qeyd edib ki, Qazaxıstanda bu imtahanların birləşdirilməsi üçün 5 illik proqram hazırlanıb. Rusiyada tamamilə ayrı təcrübədir: “Mən demirəm ki, Rusiyadakı müsbət təcrübədir. Rusiyadakı imtahanının nöqsanları hər yerdə müzakirə olunur. Amma həm müsbət, həm mənfi təcrübə biz atdığımız addımlara müsbət təsir göstərir. TQDK-nın bu sahədə 20 illik təcrübəsi var. Bizim modelimizi artıq dünyada tətbiq edirlər. Bu, doğrudan da çox ciddi bir elmdir. Mən çox şadam ki, bu ildən magistraturada 2 ali məktəbdə “Monitorinq və qiymətləndirmə” ixtisası var. Mən o rektorlara müraciət etmək istəyirəm ki, o ixtisaslarda kimlər dərs deyəcək. Mən çox istərdim ki, o magistrlər bizimlə də işləsinlər. Təəssüflər olsun ki, Təhsil Problemləri İnstitutunda və Təhsil Nazirliyinin müvafiq şöbəsində belə mütəxəssislər yoxdur. Vəzifə tutmaqla mütəxəssis olmaq tamamilə ayrı şeylərdir”.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər