Səhiyyə Nazirliyi 540 min elektron sağlamlıq kartı verib

Səhiyyə Nazirliyi 540 min elektron sağlamlıq kartı verib

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 540 min elektron sağlamlıq kartı verilib. Bu barədə Trend-ə Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib.
Onun sözlərinə görə, verilən kartların ümumi sayından 48 862 ədədi dərman preparatlarının pulsuz əsasda paylandığı pasiyent kateqoriyasının payına düşür, 109 492 kart isə tibbi müayinədən keçən pasiyentlərə verilib.
Elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və pasiyentlərə təqdim edilir.
Kartlarda sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumat yer alır. İnformasiya tibb müəsisəsinin xidməti məlumatlarının operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.
Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub.
Əsədzadənin sözlərinə görə, hazırda mobil qurğuların inteqrasiyasını və onların elektron sağlamlıq kartlarınıın mərkəzi məlumat bazası ilə avtomatik işini təmin edən proqram modulunun hazırlanması ilə bağlı işlər aparılır.
Bu layihə çərçivəsində təcili tibbi yardım avtomobillərinin elektron sağlamlıq kartlarından məlumatları oxumaq üçün mobil qurğularla təchiz edilməsi planlaşdırılır. Bu, zəruri informasiyanın axtarışını asanlaşdırmağa və diaqnoz qoyma vaxtını qısaltmağa imkan verəcək. Layihənin reallaşdırılması bu ilə nəzərdə tutulub.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər