Vergilər Nazirliyi Baki şəhərində kazino aşkar etdi

Vergilər Nazirliyi Baki şəhərində kazino aşkar etdi

İyul ayının 3-də Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən vergi nəzarəti tədbirləri həyata keçirilərkən  paytaxtın Səbail rayonu ərazisində Zərifə Əliyeva küçəsi, 28 ünvanda yerləşən obyektdə kompüter vasitəsilə uduşlu oyunların keçirildiyi kazino aşkar edilmişdir. Kazinoda Qəmbərov Nizami Hüseyn oğlunun fəaliyyət göstərdiyi müəyyən edilmiş və həmin şəxs eyni zamanda uduşlu oyunların operatoru vəzifəsinin icraçısı olduğunu bildirmişdir.

Keçirilən nəzarət zamanı Qəmbərov Nizami Hüseyn oğlunun əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi müəyyən olunaraq müvafiq sənədləşmələr aparılmışdır. Tədbir zamanı maddi sübut kimi əhəmiyyət kəsb edən və qanunsuz əldə olunan gəlirlər barədə məlumatların daşıyicisi oluduğu ehtimal edilən 6 ədəd kompüter prosessoru aşkar edilərək götürülmüşdür. Hazırda qanunsuz oyunların təşkilatçılarının dəqiqliklə müəyyən edilməsi, əldə olunan gəlirlərin həcminin dəqiqləşdirilməsi və vergi qanunvericiliyinin tələblərinin tətbiqi istiqamətində araşdırmalar davam etdirilir.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz fəaliyyət göstərən bütün şəxslər barədə qanun çərçivəsində tədbilər görüləcəkdir.
 

0 Komment

    Şərh yazın