Müəllimlərin işə qəbulu ilə bağlı imtahandan sonra vakant yerlərə yerləşdirmələrdə yeniliklər ediləcək
Müəllimlərin işə qəbulu ilə bağlı keçiriləcək imtahanın nəticələrinə əsasən boş qalacaq yerlərə yerləşdirmələrdə yeniliklər ediləcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, boş qalan yerlər sonradan elan ediləcək və namizədlərin proqram təminatı vasitəsilə yerləşdirilməsi həyata keçiriləcək: “İmtahanların nəticələrinə əsasən yerləşdirmə aparıldıqdan sonra vakant yerlər qalacaqsa, o zaman həmin yerlər yenə elan ediləcək. Amma bu il keçid balını toplamış namizədlər artıq nazirliyə gəlmədən öz elektron səhifələrində vakant yerlərlə bağlı yenidən seçim edə biləcəklər.
Proqram təminatı vasitəsilə yenidən yerləşdirmə aparacaq və namizədlərə işə qəbul olunduqları ilə bağlı məlumatlar veriləcək”.
0 Komment
Şərh yazın