Beynəlxalq Bankdan necə saxta ipoteka krediti götürdulər?
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Amil Abdullayev Azərbaycanda fəaliyyət göstərən bankların birində şöbə müdiri vəzifəsində çalışan Fərid Bəxtiyarov ilə cinayət əlaqəsinə girərək "Nur" MMC-dən mənzil alması və neft şirkətində işləməsi barədə saxta arayışlar əldə edib.
Onlar həmin sənədlər əsasında Abdullayevin qayınatası Məhəmməd Əhmədova məxsus Binəqədi rayonundakı mənzili girov qoyaraq "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Yasamal filialından 44 min manat ipoteka krediti görürərək mənimsəyiblər.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən bu fakt müəyyən edilib və faktla əlaqədar cinayət işi başlanıb.
0 Komment
Şərh yazın