Dövlət Komitəsi daha bir neçə müəssisədə qanunsuzluqlar aşkar etdi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bir sıra müəssisələrdə qanunsuzluq aşkar edilib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Yaşar Demirciyə məxsus sexdə karamel istehsalına dövlət nəzarəti həyata keçirilib. Aşkar olunan qanun pozuntuları ilə bağlı fiziki şəxs Yaşar Demirciyə məxsus sexdə karamelin istehsalı və satışını qadağan edən tələbnamə verilib.
Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi yeni y.m 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Tahir Nəbiyevə məxsus sexdə alkoqolsuz içkilərin, qazlı suyun və meyvə nektarlarının istehsalına dövlət nəzarəti həyata keçirilib. Eyni qayda ilə, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Cavanşir Bağırova məxsus sexdə, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 22 ünvanında fəaliyyət göstərən “Gündüz” MMC-də, Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında fəaliyyət göstərən “Jalə-94” firmasında, Kürdəmir şəhəri, R.Axundov küçəsi 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sübhan İslamzadəyə məxsus sexdə, Masallı şəhəri, Talışxanov küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Tofiq Məmmədova məxsus sexdə, Cəlilabad şəhəri, Bakı-Astara şossesi ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədəli Abbasova məxsus sexdə buğda unundan bişirilmiş çörəyin istehsalına dövlət nəzarəti həyata keçirilib.
Həmçinin Komitə tərəfindən Abşeron rayonu, Bakı-Şamaxı şossesi 19-cu km ünvanında fəaliyyət göstərən “DMC” Kompani MMC-də və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Şahid Abdullayevə məxsus sexdə alkoqolsuz içkilərin istehsalına, eləcə də Xırdalan şəhəri 30-cu məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Nazim Qarayevə məxsus müəssisədə və Xətai rayonu, Nobel prospekti 84 ünvanında fəaliyyət göstərən “Amal” firmasında süd məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirilib.
Bütün hallarda aşkar olunan bu və digər nöqsanlarla əlaqədar müəssisələrdə həmin məhsulların satışı və istehsalına qadağa qoyulub.
Araşdırmalar davam etdirilir.
0 Komment
Şərh yazın