Kitab reklamında inqilab

Kitab reklamında inqilab

Argentinanın "Eterna Cadencia" yayım evi Latın Amerikası yazıçılarının antologiyasını yayımlayıb. Ancaq bu kitab başqa kitablardan fərqlidir. Kitab 2 ay içində oxunmazsa içindəki yazılar silinir.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xüsusi mürəkkəbdən istifadə edilərək çap olunan kitabın yazıları günəş və hava ilə təmasda silinməyə başlayır. İki ay içində kitab tamamilə boş səhifələrdən ibarət olur.

"The Book That Can't Wait" ("Gözləyə bilməyən kitab") layihəsinin əsas məqsədi rəflərdə illərlə oxunmadan gözləyən kitabların reklamıdır. Yayım evi kitabların oxunmamasının yazıçıların yeni kitablar yazmamasıyla nəticələndiyini düşünür.

Layihənin videosunda bu ifadələr işlədilib: "Kitablar çox səbrlidirlər. Kitabları alırıq və onlar oxumağımızı gözləyirlər. Günlər, aylar, hətta illər boyunca. Bu, kitablar üçün problem deyil, amma yazıçılar üçün problem yaradır. Yazıçılar ilk kitabları oxunmazsa, ikincini heç vaxt yazmazlar".

Kitabın ilk çapı satışa çıxdığı gün qurtarıb və minlərlə yeni sifariş verilib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər