Ödəniş məzunyyətdən istifadə hüqüqu nə vaxt yaranır və müddəti necə tənzimlənir?

Ödəniş məzunyyətdən istifadə hüqüqu nə vaxt yaranır və müddəti necə tənzimlənir?

Qeyd edək ki, Əmək Məcəlləsində ödənişsiz məzuniyyətlərin nə zaman verilməsi ilə bağlı konkret müddət göstərilməyib. Əmək məzuniyyəti hüququnun yaranması üçün isə işçi mütləq 6 ay işləməlidir. Bizcə, əgər işçi 4 ay işləyibsə, onun ödənişsiz əmək məzuniyyətindən istifadə etmək hüququ var. Təşkilatda birinci il işləyən və artıq 4 aydır ki, çalışan işçinin əmək məzuniyyətindən yararlanmaq hüququ olmasa da, ödənişsiz məzuniyyətdən istifadə edə bilər.

Ödənişsiz məzuniyyətlərdən istifadə etmək üçün işçi hökmən ərizə ilə işəgötürənə müraciət etməlidir. Ərizənin formasına keçməzdən əvvəl bir məsələni diqqətinizə çatdırmaq istəyirik. Əvvəlki fəsillərdə 1 və 2 günlük məzuniyyət hüququ haqqında məlumat vermişdik. Tövsiyə etmişdik ki, belə rəsmiləşdirmə aparılmasın. Əmək Məcəlləsində ödənişsiz məzuniyyətlə bağlı olan ən son dəyişikliklərdən biri də buna aiddir. Belə ki, işçi istənilən zaman şəxsi məsələləri həll etmək üçün təşkilat rəhbərliyinə ödənişsiz icazə üçün müraciət edə bilər. Və bu müddət 7 gündən artıq olmamalıdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər