Misir Mərdanov: “Vakant müəllim yerlərinin 90 faizi rayon məktəblərindədir”

Misir Mərdanov: “Vakant müəllim yerlərinin 90 faizi rayon məktəblərindədir”

“Hazırda respublikanın orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var. Onların 90 faizi rayon məktəblərindəki vakant yerlərdir”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazir qeyd edib ki, ölkədə ən çox coğrafiya müəllimlərinə ehtiyac var. Bakı şəhərində müəllim çatışmazlığı cüzidir: “Artıq növbəti tədris ili üçün müəllimlərin işə qəbulu məqsədilə sənəd qəbuluna başlanılıb. Müəllimlərin işə qəbulu elan edilmiş qaydalara əsasən, həyata keçiriləcək”.

Nazir bu yaxınlarda İtaliya və Litvaya etdiyi səfərinin yekunları barədə də məlumat verib. O deyib ki, səfərinin məqsədi həmin ölkələrin təhsil sistemi, orda həyata keçirilən islahatlarla yaxından tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətlərini Azərbaycanın təhsil sistemində tətbiq etmək olub: “İtaliya və Litvada, ümumiyyətlə, Avropa Birliyinə üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər