Böyük Vətən Müharibəsi iştirakçılarına aylıq 55 manat təqaüd ayrıldı
Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 55 (əlli beş) manat müəyyən edilib.
Müəyyən edilib ki, sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin sosial müdafiə və sosial təminat bölməsində nəzərdə tutulmuş xərclər hesabına ödənilir.
0 Komment
Şərh yazın