Sonuncu buraxılış imtahanında iştirak edən şagirdlərin qiymət göstəriciləri ilə bağlı maraqlı statistika

Sonuncu buraxılış imtahanında iştirak edən şagirdlərin qiymət göstəriciləri ilə bağlı maraqlı statistika

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tam orta təhsil bazası (11 illik) üzrə keçirilmiş buraxılış imtahanın nəticələrinə əsasən, imtahanda iştirak edən 11094 məzundan 840 nəfəri Ana dilindən, 1536 nəfəri Riyaziyyatdan “2” alıb. 1259 şagirdin Ana dilindən, 1118 nəfərin isə Riyaziyyatdan biliyi “5”-lə qiymətləndirilib. 
İmtahanda iştirak edən 6870 nəfər Ana dilindən, 6362 nəfər Riyaziyyatdan “3”, 2124 nəfər Ana dilindən, 2078 nəfəri isə Riyaziyyatdan “4” alıb.
Ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanın nəticələrinə əsasən, imtahanda iştirak edən 17786 şagirddən 2705 nəfərinin Ana dilindən, 3840 nəfərinin isə Riyaziyyatdan qiyməti “2” olub. 
833 şagirdin Ana dilindən, 744 nəfərin Riyaziyyatdan biliyi “5”, 11524 nəfərin Ana dilindən, 11740 nəfərin Riyaziyyatdan biliyi “3”, 2724 nəfərin Ana dilindən, 1462 nəfərin isə Riyaziyyatdan biliyi “4”-lə qiymətləndirilib.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər