Vergi borcuna görə hansı şadlıq evinin əmlakı siyahıya alındı?

Vergi borcuna görə hansı şadlıq evinin əmlakı siyahıya alındı?

Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Vergi borclarının alınması İdarəsinin əməkdaşları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəbov küçəsi,24 ünvanında yerləşən Faiq Süleyman oğlu Quliyevə məxsus «Firuzə» şadlıq sarayının əmlakını siyahıya alıblar. Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən verilən məlumata görə, bu addıma səbəb F.Quliyevin vergi borcunu ödəməməsi olub.
Belə ki, vergi orqanı əməkdaşları F.Quliyevin fəaliyyətini yoxlayarkən 2012-ci ilin aprel ayı üzrə 8 909,54 manat vergi borcunun yarandığını müəyyən ediblər. Amma qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərin görülməsinə baxmayaraq vergi ödəyicisi dövlət büdcəsinə olan borcları ödəməyib.
 
İyun ayının 20-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi F.Quliyevə məxsus «Firuzə» şadlıq sarayının əmlakının siyahıya alınması haqqında qərar çıxarılıb. «Vergi ödəyicisi əmlakın siyahıya alınması zamanı borcun bir hissəsini, yəni 4 500 manatını yerindəcə ödəsə də, qalan 6 450 manat ödənilmədiyindən, şadlıq evinə məxsus müxtəlif növ texniki avadanlıqlar və mebel müvafiq qaydada siyahıya alınıb», - deyə məlumatda bildirilir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər