Səhiyyə Nazirliyindən yenilik
Azərbaycanda tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması məqsədi ilə ərizələrin və qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlərin qəbulu artıq internet vasitəsi ilə də həyata keçirilir. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu prosedur ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına əsasən həyata keçirilir.
Qeyd edək ki, ərizələrin və tələb olunan sənədlərin internet vasitəsi ilə elektron qəbulu üzrə konsultativ yardım Səhiyyə Nazirliyinin Ümumi şöbəsində hər həftənin çərşənbə günləri göstərilir.
0 Komment
Şərh yazın