Milli Məclis Məcəllələrin sayını artırdı

Milli Məclis Məcəllələrin sayını artırdı

İyunun 29-da Milli Məclis 3-cü oxunuşda yeni Şəhərsalma və Tikinti Məcəlləsini qəbul edib. 
Şəhərsalma və Tikinti Məcəlləsində tikintiyə icazə ilə bağlı müddət qısaldılıb.
Ümumi və baş planlar ictimaiyyətin etiraz və təklifləri nəzərə alınmaqla, eləcə də müvafiq dövlət orqanları və digər aidiyyəti qurumlarla razılaşdırılmaqla hazırlanmalıdır.
 
Müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar ümumi və baş planların layihəsi onlara göndərildiyi gündən 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidir.
 
Bu müddət ərzində onlar rəy bildirmədikdə, sifarişçi ərazi planlaşdırılmasının həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edə bilər.
 
Ümumi və baş planların layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
 
Yeni məcəllədə hündürlüyü ən çoxu 5, 3 və 2, 5 metr , sahəsi 50 -300 kvadrat metr olan bəzi obyektlərin tikintisi üçün icazə tələb olunmur.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər