Elektron imzadan istifadə edənlərlə bağlı maraqlı açıqlama

Elektron imzadan istifadə edənlərlə bağlı maraqlı açıqlama

Azərbaycanda bu günə kimi 2 min elektron imza alınıb. “APA-ECONOMICS”in xəbərinə görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron imza layihəsinin rəhbəri Nadir Rəsulov bildirib.
Onun sözlərinə görə, elektron imzaları alanların əksəriyyəti dövlət qulluqçularıdır. Lakin bu prosesə daha geniş təbəqələrin qatılması gözlənilir. Belə ki, müxtəlif dövlət qurumları tərəfindən “Elektron hökumət” layihəsi çərçivəsində elektron xidmətlərin təqdim edilməsi elektron imzaların alınması prosesinə böyük stimul olacaq.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər