DSMF-dən bu il pensiya artmasını gözləyənlər üçün açıqlama
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu il ölkədə pensiyaların məbləğinin artacağını gözləmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib. "Pensiyaların həcmi sosial sığorta sahəsindəki yığımlardan asılıdır. Yığımların daxil olması proqnozlara uyğun gedir, kəskin artım yoxdur. Buna görə də hazırda DSMF-nin 2012-ci il büdcəsinə dəyişikliklər edilməsi üçün imkanlar yoxdur", - Müslümov deyib.
Onun sözlərinə görə, pensiyaların məbləğinin artması 2013-cü ildə mümkün olacaq. "Biz gələn il pensiyaların sığorta hissəsinin artımı üçün vəsaitləri nəzərdən keçirəcəyik", - Müslümov qeyd edib. Azərbaycanda 2012-ci il aprelin 1-nə olan vəziyyətə görə əmək pensiyaları alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edib.
0 Komment
Şərh yazın