Hüquqi sənədlərin “Elektron hökumət” portalında yerləşdirilməsi qaydaları təsdiqləndi
Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi Qaydaları”nı təsdiq edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb ki, 1 ay müddətində Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi üçün zəruri olan texniki imkanları təmin etsin.
Qaydalarla “http://www.cabmin.gov.az/?/az/pressreliz/view/713/” linkində tanış olmaq olar.
0 Komment
Şərh yazın