Əmanət məsələsinə görə Kapital Bankın necə işçisi cəzalandırıldı
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində qarşıya çıxa biləcək hər hansı neqativ halların qarşısının alınması məqsədilə “Kapital Bank” tərəfindən müvafiq tədbirlər görülür.
Bankdan “APA-ECONOMICS”ə verilən məlumata görə, bu məqsədlə “Kapital Bank”ın baş ofisində yaradılmış “Qaynar xətt”ə daxil olan müraciətlərlə yanaşı, vətəndaşların bu proses üzrə aidiyyəti dövlət qurumlarına müraciətləri də diqqətlə araşdırılır. Narahatlığa səbəb olan məqamların dərhal aradan qaldırılması üçün lazımi addımlar atılır.
İndiyə qədər bu mövzuda daxil olmuş müraciətlər üzrə aparılmış araşdırmaların nəticələri ilə bağlı bankın İdarə Heyətinin toplantısı keçirilib. Araşdırmalar nəticəsində vətəndaşlarla ünsiyyət zamanı bankın korporativ normalarını, vəzifə öhdəliklərini pozduğuna görə bankın 2 əməkdaşına töhmət verilib, 3 əməkdaşa xəbərdarlıq edilib. Bu sahədə hər hansı nöqsanlara yol veriləcəyi təqdirdə, nöqsanlara görə məsuliyyət daşıyan işçilər haqqında gələcəkdə daha çiddi intizam tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.
“Kapital Bank” xidmət məntəqələrinə müraciət edən vətəndaşlardan üzləşdikləri hər hansı pozuntu faktı ilə bağlı dərhal məlumat verməyi xahiş edir.
0 Komment
Şərh yazın