Vergini ödəmədilər.... əvəzində maşınları əlindən alındı

Vergini ödəmədilər.... əvəzində maşınları əlindən alındı

İyun ayının 19-da Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları Xəzər rayonu, Qala qəsəbəsinin sakini fiziki şəxs  Xıdırnəbiyev Bahəddin Abdulla oğluna məxsus (VÖEN:1200479242), Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov  küçəsi 14 ünvanda yaşayan Axundov Tahir Şıxəli oğluna məxsus (VÖEN:1000072082) və Səbail rayonu, M.Hüseyn küçəsi, ev 88 ünvanda yaşayan Mehtiyev Muxtar Tofiq oğluna məxsus (VÖEN: 2000054492) əmlakın siyahıya alınması tədbirlərini həyata keçirmişlər.
Sahibkarlıqla məşğul olan T.Axundovun, M.Mehtiyevin və B.Xıdırnəbiyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən 2011 və 2012-ci ilin ötən dövrü üzrə onların vergi borcunun yarandığı müəyyən edilmiş, qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərin görülməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ödənilməmişdir.
 
Ona görə də iyun ayının 18-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi qeyd olunan şəxslərin əmlaklarının siyahıya alınması haqqında Qərar çıxarılmış, T.Axundova məxsus “Lada 2107 VAZ” markalı avtobil, M.Mehtiyevə məxsus “Subaru  Forester” markalı avtomobil, B.Xıdırnəbiyevə məxsus “Mersedes-Vita” markalı avtomobil müvafiq qaydada siyahıya alınmışdır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər