“Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə” təsdiqlənib

“Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə” təsdiqlənib

Nazirlər Kabineti «Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə»ni təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Məlumat Bankının məqsədi ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində gənc kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsidir. Məlumat Bankından dövlət qurumlarında daha yüksək vəzifələrə ehtiyat kadr siyahısının hazırlanmasında istifadə ediləcək. 

Məlumat Bankının rezidenti ola biləcək namizədlər üçün bir sıra tələblər müəyyənləşdirilib. Bura 29 yaş həddini keçməyən Azərbaycan vətəndaşı olan, ali təhsilli, Azərbaycan dövlət dilini və azı iki xarici dili bilən, ixtisası üzrə və idarəetmə sahəsində azı ikiillik təcrübəsi, yüksək təşəbbüskarlığı və iş qabiliyyəti, yüksək təhlil qabiliyyətli, strateji planlaşdırma, yüksək icraçılıq, təşkilatçılıq və təqdimetmə sahəsində bilik və bacarığa malik şəxslər daxil ola bilər. Namizədlərlə bağlı təkliflər ildə bir dəfə (hər ilin 15 iyul tarixinədək) Məlumat Bankının administratoruna təqdim edilməlidir. Namizədlərin seçimi və rezidentlərin Məlumat Bankına daxil edilməsi prosesinin təşkili məqsədilə Məlumat Bankının administratoru tərəfindən tərkibi sədri, sədrin müavini və yeddi nəfər üzvdən ibarət olmaqla Ekspert Şurası yaradılmalıdır. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər