Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 338,2 manata çatıb

Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 338,2 manata çatıb

Azərbaycanda 11 126 nəfər dövlət qulluqçusu kimi pensiya alır 
 
İyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət Sosial Müdafiə Fondundan Lent.az-a verilən məlumata görə, dövlət qulluqçularının peşə bayramı prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və artıq yeddinci ildir ki, qeyd edilir.
Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. 01.04.2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir. Onlardan 67,2 faizi yaşa görə, 23,1 faizi əlilliyə görə, 9,7 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 338,2 manatdır. 
 
Qeyd edək ki, 2012-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər