TQDK hüquq-mühafizə orqanlarına müraciət edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında ölkə üzrə orta ümumtəhsil məktəblərində keçirilmiş buraxılış imtahanları zamanı baş vermiş qanun pozuntularından danışıb.
Lent.az-ın məlumatına görə, M.Abbaszadə bildirib ki, imtahanlardan birində 1 şagirdlə bağlı 2 arayış təqdim edilib: “Onlar bunu ona görə ediblər ki, 1 nəfər həm öz yerinə, həm də digərinin əvəzinə imtahanda iştirak etsin. Biz bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Mən məktəb rəhbərlərinə xəbərdarlıq edirəm ki, bir də belə hallara yol verməsinlər”.
0 Komment
Şərh yazın