Türkmənistanda maraqlı qərar! Neçə uşağı olan anaya mükafat və güzəştlər veriləcək?

Türkmənistanda maraqlı qərar! Neçə uşağı olan anaya mükafat və güzəştlər veriləcək?

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun verdiyi qərara əsasən, 8 və daha çox uşaq dünyaya gətirən analar "Ali Şərəf" dövlət medalı ilə mükafatlandırılır. Bu barədə Trend çərşənbə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.
Dövlət başçısının bu qərarı Türkmənistanda ölkə əhalisinin sayının artırılmasına yönəlib. Qərara əsasən, 8 uşaq sahibi olan anaya Berdiməhəmmədov tərəfindən "Ali Şərəf" medalı təqdim edilir və yüksək pul mükafatı verilir.
Bu kateqoriyaya daxil olan analar, həmçinin kommunal ödənişlərdən azad edilir, təyyarə daxil olmaqla bütün ictimai nəqliyyat növlərindən, ictimai xidmətlərdən pulsuz və məhdudiyyətsiz yararlana bilər.
Qeyd edək ki, 488 min kvadratkilometr sahəsi olan Türkmənistanda 6 milyona yaxın insan yaşayır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər