Dünyanın ən çox pul qazanan idmançısına bu pulu qazanmaq üçün cəmi 2 saat bəs edib

Dünyanın ən çox pul qazanan idmançısına bu pulu qazanmaq üçün cəmi 2 saat bəs edib

Amerikalı boksçu Floyd Meyuezer hər il “Forbes” jurnalı tərəfindən tərtib olunan dünyada 100 ən çox pul qazanan idmançıların reytinqinə başçılıq edib.
Jurnalın məlumatlarına görə, 2011-ci ilin iyunundan 2012-ci ilin iyununadək Meyuezer 85 milyon dollar qazanıb və bu müddət ərzində ümumilikdə 2 saatdan az davam etmiş 2 döyüş keçirib.
Siyahıda ikinci yeri 62 milyon dollar gəlirə sahib filippinli boksçu, bir müddət əvvəl Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə dünya çempionu adını itirmiş Menni Pakiao tutur.
 
Üçüncü yerdə amerikalı qolfçu, 2001-ci ildən reytinqdə liderlik etmiş Tayqer Vuds qərarlaşıb. Bu dəfə o, bir il əvvəlkindən 16 milyon dollar az – 59,4 milyon dollar qazana bilib.
 
Siyahıya yalnız iki qadın düşüb və onların hər ikisi tennisçidir – rusiyalı Mariya Şarapova il ərzində 27,6 milyon dollar qazanıb və siyahıda 26-cı yeri tutur, çinli Na Li isə 18,4 milyon dollarla 81-ci yerdədir.
"Gün.az"
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər