Nazir bir ildən çoxdur fəaliyyətini dayandıran «CATEL» şirkətinin gələcəyi ilə bağlı danışdı.

Nazir bir ildən çoxdur fəaliyyətini dayandıran «CATEL» şirkətinin gələcəyi ilə bağlı danışdı.

Bir ildən çoxdur fəaliyyətini dayandıran «CATEL» şirkəti şəbəkənin fəaliyyətinin bərpa olunması üçün hazırda bir neçə özəl rabitə şirkəti ilə danışıqlar aparır. 
«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, «CATEL» şirkətinin şəbəkəsinin fəaliyyətinin bərpası istiqamətində müəyyən işlər aparılır.
Bundan öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» və «Bakı Telefon Rabitəsi» İstehsalat birlikləri (BTRİB) tərəfindən sözügedən şəbəkənin fəaliyyətinin bərpa edəcəyinə gəldikdə, Ə.Abbasov bildirib ki, hər iki İstehsalat Birliyi «CATEL»in iqtisadi göstəriciləri ilə tanış olub və onlarda müəyyən ehtiyatlılıq yaranıb: «Şirkətin şəbəkəsinin fəaliyyətinin davamı üçün özəl şirkətlərə təkliflər olunub və bu özəl şirkətlər müvafiq razılıq əldə etsələr, normativ-hüquqi tələbləri ödənildikdən sonra fəaliyyətə başlaya bilərlər».
 
Qeyd edək ki, Azərbaycanın ilk CDMA operatoru «CATEL» şirkəti «Caspian American Telecom LLC» adı altında 1997-ci ildə ABŞ-ın «Omni Communications» konsorsiumu tərəfindən Azərbaycanda qeydiyyatdan keçib. 1999-cu ildən fəaliyyətə başlayan şirkət abonentlərinə simsiz və mobil rabitə xidmətləri göstərib. «CATEL»in bütün səhmləri 2008-ci ildə tam özəlləşdirilib. Ötən ilin aprel ayında şirkətin fəaliyyəti texniki nasazlıqlar səbəbindən dayandırılıb.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər